15 mart 2025
122
Azərbaycanda bu qədər şəxs böyrək gözləyir
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat malları satın alınıb. 2024-cü ildə ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatda olub. Ümumilikdə, respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərib ki, onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparatlarının sayı 723 ədəd təşkil edir.Yenimeydan.info Modern.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya mərkəzindən bildirilib ki, böyrək köçürülməsi üçün gözləmə siyahısında qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar.Bildirilib ki, eyni zamanda, təxminən 500 nəfər sümük iliyi, 100 nəfər isə qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.
Oxşar Xəbərlər:

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı/ İLGİNC

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
`Dərman Mafiyası`nın Azərbaycan BAZARI... - ARAŞDIRMA
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI