12 mart 2025
118
Azər Məmmədov Cəlilabadda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.
Oxşar Xəbərlər:

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

'Azəriqaz' vətəndaşı NECƏ QAZLAYIR... - Qələm onların əlindədir...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI