10 mart 2025
134

Zelenski Səudiyyə Ərəbistanına gedib

zelenski-seudiyye-erebistanina-gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Yenimeydan.info xəbər verir ki, bu barədə “The Guardian” xəbər verir.
Zelenskinin orada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşü nəzərdə tutulub. 
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-lə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq