27 fevral 2025
103
İstanbulda Rusiya-ABŞ görüşü BAŞLADI

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayıb.
Yenimeydan.info xəbər verir ki, görüş ABŞ-nin İstanbuldakı Baş konsulunda keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətinin tərkibi açıqlanmayıb.
Bundan əvvəl fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov, ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoff daxil edilib.
Oxşar Xəbərlər:

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tramp Qəzzanı buna görə boşaltmaq istəyir – Sensasion plan
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI