09 mart 2025
120
Dələduzluğun yeni növü yayılıb – Diqqətli olun! VİDEO
Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.
Yenimeydan.info Xəzər TV-yə istinadən bildirir ki, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.
Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Öz səhifəsini qorumaq niyyətilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra isə ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına yazılıb pul istənilir.
Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.

Oxşar Xəbərlər:

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!