03 mart 2025
111

4 yaşlı uşağa antibiotik vuruldu - Öldü


4-yasli-usaga-antibiotik-vuruldu

İmişlidə 4 yaşlı uşaq infeksiyadan şoka düşərək ölüb.
Yenimeydan.info APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.