02 mart 2025
105
Bu fakt üzrə materiallar Baş Prokurorluğa göndərildi - FOTO
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.Bu haqda Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.


Oxşar Xəbərlər:

Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir- İLGİNC/FOTO

Elşad Həsənov çoxillik ağacları restorana qurban verdi...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Nazirlik dörd rayonla bağlı Baş Prokurorluğa müraciət etdi
Bakıda yaşıllığı kim necə gəldi MƏHV EDİR...