24 fevral 2025
99
Trampın sirli sülh planı-Rusiya ABŞ-ın Ukrayna planından narahatdır
“Biz yəqin ki, kifayət qədər əminliklə Amerika tərəfinin tezliklə atəşkəsə nail olmaq istəyini qeyd edə bilərik”, — deyə Ryabkov bildirib.
Rusiya diplomatının sözlərinə görə, Vaşinqtonun atdığı addımlar və açıqladığı bəyanatlar ümid yaratsa da, konkret təkliflər və planın detalları hələ də məlum deyil. Bu isə Kremlin narahatlığını artırır.
Qeyd edək ki, Donald Tramp Ukrayna böhranını “24 saat ərzində həll edəcəyini” bildirmişdi. Lakin onun təklif etdiyi sülh planının detalları nə Kiyevə, nə də Moskvaya tam açıqlanmayıb. Bu qeyri-müəyyənlik həm regionda, həm də beynəlxalq arenada gərginliyi artırır.
Hazırda Rusiya tərəfi ABŞ-ın “tezliklə atəşkəsə nail olmaq” istəyini müsbət qiymətləndirsə də, planın məzmununun sirr olaraq qalması tərəflər arasında anlaşılmazlıq yaradır. Bu isə gələcək danışıqlar prosesinin çətinliklərlə dolu olacağını göstərir.
Siyasi ekspertlər isə bildirirlər ki, Vaşinqtonun bu sirli yanaşması regionda yeni güc balansının formalaşmasına və mövcud vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.(musavat)
Oxşar Xəbərlər:

Tramp Qəzzanı buna görə boşaltmaq istəyir – Sensasion plan

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir

LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ - “Bu, Minsk razılaşmasından da pis olacaq”

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT