17 fevral 2025
71
Əli Əsədov İrana getdi
Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.Bu barədə Yenimeydan.info-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadiq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.
