17 fevral 2025
112

SEPAH ölkə boyu həbslərə başlayıb

    İranda son bir neçə gündər baş qaldırmış etiraz aksiyalarını yatırmaq üçün SEPAH dünəndən kütləvi həbslərə başlayıb. Yenimeydan.info  xəbər verir ki, Dehdəşt şəhərindən başlayan, daha sonra isə Tehran Universitetinə qədər yayılan aksiyaların yatırılması üçün xeyli sayda adam həbs olunub.“Tasnim” Agentliyinin məlumatına görə, Dehdəşt şəhərində etiraz edən 25 nəfər, habelə aksiyaların təşkilatçısı saxlanılıb.
Tehran Universitetində isə durum bir qədər fərqlidir. SEPAH həmin təhsil ocağında hər hansı həbs həyata keçirməkdən hələ ki, çəkinir. Buna səbəb aksiyaların digər universitetlərə yayıla bilmə ehtimalıdır.