12 fevral 2025
101
Rusiyanın Su-24-ü Polşaya daxil oldu
Rusiyaya məxsus Su-24 təyyarəsi Polşa hava məkanına daxil olub.Yenimeydan.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir.
Bildirilib ki, insident fevralın 11-də Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib. Su-24-ün Polşa hava məkanına maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı qeyd edilib.
Polşanın növbətçi xidməti Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24 təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqəli olduğunu bildiriblər.
Oxşar Xəbərlər:

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” -ŞƏRH
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir
AZAL-ın təyyarəsinə qarşı təxribatda Rusiya izi - NƏ ETMƏLİ?
Qarabağda mövcudluq Rusiyanın Güney Qafqazda mövcudluğu anlamına gəlir... - BUNA GÖRƏ DƏ...