11 fevral 2025
111
Rusiya indi də bu ölkə vətəndaşlarını döyüşə yollayır
Rusiya Ukraynaya qarşı döyüşmək üçün Hindistan vətəndaşlarını cəlb etməyə davam edir. Dehli artıq rəsmi Moskvaya bunu dayandırmaq üçün müraciət edib.Yenimeydan.info xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Bildirilib ki, ümumilikdə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ruslar ən azı 126 hindlini döyüşə cəlb ediblər.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval jurnalistlərə bildirib ki, məsələ Moskvadakı Rusiya hakimiyyət orqanları, həmçinin Rusiyanın Dehlidəki səfirliyində ciddi şəkildə qaldırılıb.
O vurğulayıb ki, ümumilikdə 96 hindistanlı Rusiya ordusunda xidmətdən qovulub, 12 nəfər həlak olub, daha 16 hindistanlı isə itkin düşənlər siyahısındadır və xəstəxanada bir nəfər də müalicə alır.
Oxşar Xəbərlər:

Yeni rus üsyanı yetişir - Qanlı və amansız

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam