06 fevral 2025
88

Trampdan cinsini dəyişən kişilərə daha bir zərbə -SƏRƏNCAM VERDİ

 
ABŞ prezidenti Donald Tramp gender dəyişikliyindən keçən kişilərin qadınların idman yarışlarında iştirakını qadağan edən sərəncam imzalayıb.
Yenimeydan.info  xəbər verir ki, Tramp sərəncam imzalamazdan əvvəl etdiyi çıxışda deyib: “Bundan sonra qadın idmanı yalnız qadınlar üçün olacaq”.
Tramp deyib ki, imzaladığı sərəncam bioloji kişilərin qadın idmanında iştirakına icazə verən Amerika məktəblərində araşdırmalar açacaq. Bundan əlavə, Trampın əmrinə əsasən, Daxili Təhlükəsizlik Nazirliyi cinsiyyəti dəyişdirilmiş kişi idmançılara ABŞ vizasından imtina edəcək.