04 fevral 2025
29
Tehranda etirazlar: Şəhərin üç bazarı bağlandı

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, etirazçılar "Qida məhsullarından tutulan əlavə dəyər vergisi ləğv edilməlidir" yazılmış plakatlar qaldırıblar.
Qeyd edək ki, son günlər İranda ərzağın qiymətinin artması səbəbindən yerli sosial platformalarda geniş etiraz kampaniyası başladılıb.
