02 fevral 2025
103

Ruslar məktəbi ikinci dəfə vurdu



Kursk vilayətinin Suca şəhərində Rusiya aviasiyanın bombaladığı internat məktəbində xilasetmə işləri zamanı ruslar növbəti dəfə dronla həmin əraziyə zərbə endiriblər.
Bu barədə regionun müvəqqəti komendantı Aleksey Dmitraşkov Kiyev24-ə açıqlamasında deyib.
O bildirib ki, hücum zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, dünən məktəbin raket atəşinə məruz qalması nəticəsində 4 nəfər ölüb, 4 nəfərin isə vəziyyəti ağırdır. 84 mülki şəxs xilas edilib. Rusiya tərəfi isə bu hücumda Ukraynanı ittiham edir.