24 yanvar 2025
139
Trampın hədəsinə Kremldən - Cavab
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.O, bildirib ki, Kreml Trampın bəyanatında xüsusilə heç bir yeni element görmür:
“Biz burada heç bir xüsusi yeni element görmürük. Bilirsiniz, Tramp prezidentliyinin ilk dövründə (red. - 2016 – 2020) ən çox sanksiya metodlarına əl atan Amerika prezidenti olub. Əlbəttə ki, bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazır olaraq qalırıq. Bərabər dialoq, qarşılıqlı hörmət əsasında dialoq... Hələ ki, daxil olmamış siqnalları gözləyirik”.
Xatırladaq ki, ABŞ Prezidenti Ukrayna ilə bağlı razılığa gəlmədiyi təqdirdə Rusiyaya yüksək tariflər və sanksiyalar tətbiq edəcəyini vəd edib.
Oxşar Xəbərlər:

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ - “Bu, Minsk razılaşmasından da pis olacaq”
Azərbaycana qarşı əsassız sanksiya oyunu: - Niyə məhz indi?
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
