20 yanvar 2025
114
Kazanda partlayış səsləri: Şəhərə PUA hücumu edilir - KİV
Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.Yenimeydan.info APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir.
Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında “Xalça” rejimi tətbiq edilib.
Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.
Oxşar Xəbərlər:

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

COP29-də aktivistlər aksiya keçirdi -TƏLƏBLƏR
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam