15 yanvar 2025
127
İran Rusiyayla hərbi ittifaq yaratmağı rədd etdi
Tehran və Moskva Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayaraq hərbi ittifaq yaratmaq niyyətində deyillər.Yenimeydan.info T ASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi bəyanat verib.“Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, – deyə İranın naziri Rusiya-İran əməkdaşlığının genişləndirilməsi haqqında danışarkən bildirib.
Əraqçi vurğulayıb ki, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və razılaşmanı imzalayan tərəflərin digər dövlətlərlə əməkdaşlıq etməsinə heç bir məhdudiyyət qoymur.
Oxşar Xəbərlər:
Bayden Trampı “erməni təxribatı” ilə vurur:Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Müttəfiqlərin küskünlüyünün 3 səbəbi -Ərdoğan Azərbaycan-İsrail ticarətinə problemlər yarada bilərmi?
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ
Azərbaycana qarşı İrəvan-Tehran hərbi bloku - NƏ ETMƏLİ?