12 yanvar 2025
85
Müdafiə Nazirliyi məlumat yaydı – 50 yaşınadək olan bu şəxslər…
Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur. 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, tərcümeyi-hal, rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış tələb olunan sənədlərdir.
Oxşar Xəbərlər:
Müdafiə Nazirliyində müavinlərin sayı NƏYƏ GÖRƏ AZALDI

Masallı səhiyyəsi `GÜL VURUR`: Lal-kar olan adama `SAĞLAMDIR` arayışı verildi
Hansı banklarda kredit şərtləri DAHA AĞIRDIR? - ARAŞDIRMA

Respublika Dəri-Zöhrəvi Dispanserində işçilərin “dərisini soyurlar” – Baş həkim Muşviq Zeynalovun xəstəxananı özəlləşdirib – Prezidentə müraciət olundu

Sürücülük vəsiqəsi almaq istəyənlərə YENİ XƏBƏR – Bundan sonra…