25 dekabr 2024
11

“Hədəf kursları” ilə bağlı qərar verildi

    Xətai Rayon Məhkəməsində “Hədəf kursları” MMC-yə yazılan inzibati protokola baxılıb.Pravda.az-ın xəbərinə görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən iclasda cərimə qərarı çıxarılıb.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.