19 dekabr 2024
113

Ukraynada azərbaycanlı zabit həlak oldu -FOTO

 
Ukrayna-Rusiya müharibəsi zonasında daha bir azərbaycanlı həlak olub.
Yenimeydan.info  xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşlərdə iştirak edən azərbaycanlı zabit Anar Talıbov Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
A.Talıbov əslən Ağdam rayonundan olub və Ukrayna vətəndaşı imiş.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsində hər iki tərəfdən döyüşən onlarla azərbaycanlı həlak olub.