16 dekabr 2024
103
İşsizlərin nəzərinə
Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub.Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.Sənədə əsasən, işsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
– İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;
– İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar Xəbərlər:

Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir

Parlament gələn ilin büdcəsini müzakirə edəcək -Tarix AÇIQLANDI
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Prezident Fərman imzaladı