15 dekabr 2024
132
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.Yenimeydan.info xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.
İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.
Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.
“HƏMAS beynəlxalq hüququ pozaraq, mülki və humanitar infrastrukturdan terror məqsədləri üçün istifadə etməkdə davam edir”, – Ordunun məlumatında deyilir.
Oxşar Xəbərlər:

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Müdafiə Nazirliyində müavinlərin sayı NƏYƏ GÖRƏ AZALDI

Rus ordusu ilə ermənilər arasında “döyüş”...

SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok