28 noyabr 2024
4
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Səhiyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 254 min 778 manat 5 qəpik olan tender müsabiqəsinin qalibi “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) olub.
Tenderin şərtlərinə görə, “Auto Azərbaycan” MMC Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ üçün 6 ədəd avtomobil satacaq. Açıqlanan rəsmi məlumatlar göstərir ki, nazirlik 1 ədəd avtomobil üçün 42 min 463 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
Onu da qeyd edək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxil olub. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Oxşar Xəbərlər:
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI