25 noyabr 2024
10
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib və bu, indi Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunmalıdır.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ-nin regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.
Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sosial şəbəkədə mənbəyə istinadən bildirib ki, Hokstin İsrail hakimiyyətini Livanda atəşkəsə tezliklə razılıq verməyəcəyi təqdirdə vasitəçilik səylərini dayandırmaqla hədələyib.
Oxşar Xəbərlər:
Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
İnternet qiymətini artıran provayderlərlə bağlı araşdırmalara başlanıldı
“İncidik, getdik”, amma: Rusiya “Taxıl sazişi”nə qayıdacaq - NƏ BAŞ VERİR?
İran-İsrail: Hərtərəfli “müharibə”yə hazırlıq - GƏLİŞMƏ Tarix: Bu gün, 17:20 | Çap et