24 noyabr 2024
3
“Oreşnik”lə yeni zərbə bu vaxt olacaq -AÇIQLAMA
Rusiya mətbuatının yazdığına görə, Kapustin Yar poliqonunda yeni sınaqların keçirilə biləcəyi ehtimalı ilə əlaqədar bu gün saat 06:00-dan 22:00-dək hava məkanının bağlanması planlaşdırılır.
Yenimeydan.info -nun məlumatina görə, bu sözləri ukraynalı hərbi ekspert Denis Popoviç deyib.
“Bunu Ukrayna ərazisinə yeni zərbə kimi qiymətləndirmək lazımdırmı? Bəli, lazımdır. Ukrayna ərazisinə növbəti zərbə endirilə bilər, çünki bu eksperimental “Kedr” nümunələrindən azı iki və ya daha çox ədəd olduğu məlumdur. Onlar hazırda bu sistemi sınaqdan keçirirlər və bu sınaqların poliqonu kimi Ukrayna ərazisi seçilib,” – ekspert bildirib.
Popoviç qeyd edib ki, Ukrayna ərazisinə raket buraxılışı baş verməyə də bilər, ruslar bu raketi öz ərazilərində sınaqdan keçirə bilərlər.
Ekspert eyni zamanda vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin bu tip ballistik raketləri zərərsizləşdirmək imkanları çox məhduddur.
Qeyd edək ki, 21 noyabrda Rusiya Dnepr şəhərini “Oreşnik” ballistik raketi ilə vurub. Amerika Müharibənin Öyrənilməsi İnstitutunun hesabatına görə, Rusiya 24 noyabr tarixində “Oreşnik” raketini sınaqdan keçirmək üçün hava məkanının bir hissəsini bağlayacaq.
Oxşar Xəbərlər:
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Pensiya yaşını keçmiş DEPUTATLAR - SİYAHI
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!