23 noyabr 2024
123
Sumaq həm də dərmandır
Yenimeydan.info xəbər verir ki, sumaq bir çox antioksidant birləşmələrlə zəngin ədviyyatdır. Bədəni oksidləşdirici zərərdən qoruyur, metabolik prosesləri dəstəkləyir.
Antiseptik kimi tanınan sumaq orqanizmin bakteriya və mikroblarla mübarizə aparmasına kömək edir. Sumaq həzmi asanlaşdırır, həzmsizliyi aradan qaldırır. Qan şəkərini də tarazlaşdırmağa kömək edən sumaq ürək sağlamlığını dəstəkləyir.

Güclü antioksidant təsiri sayəsində infarkt, insult kimi ürək-damar xəstəliklərinin qarşısını alır. Sumağın tərkibində lif, sağlam yağlar və yüksək miqdarda C vitamini var. Bu ədviyyat xərçəngdən qoruyur.
Xüsusilə qış mövsümündə orqanizmin qrip kimi xəstəliklərə qarşı müqavimətini artıraraq, qalxan rolunu oynayır. Sumaqda olan antioksidantlar iltihabı azaltmaqda və qarşısını almaqda təsirlidir.
Araşdırmalara görə, sumaq əzələ ağrılarını aradan qaldırır. Eyni zamanda, müxtəlif xəstəliklərin yaratdığı ağrıları azaltmaqda da çox təsirlidir.





