22 noyabr 2024
18
Zelenski: Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür
Rusiyanın yeni eksperimental orta mənzilli ballistik raketi “Oreşnik”dən istifadə etməsi Kreml lideri Vladimir Putinin real sülhə can atanların üzünə tüpürməsidir.Bunu Ukrayna prezidenti Vladimir Zelenski “X” hesabındakı paylaşımında deyib.
Zelenski qeyd edib ki, bu gün Putin bu müharibənin genişləndirilməsi istiqamətində ikinci addım atdığını etiraf edib və yeni ballistik raketdən istifadə edilib.
“Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, bu müharibənin miqyasının və qəddarlığının aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Vurğulayıram ki, bu, Rusiyanın eskalasiyaya doğru ikinci addımıdır. Birincisi, Şimali Koreyanı ən azı 11 min əsgər kontingentini Ukraynaya qarşı müharibəyə cəlb etmək idi.”, – deyə Zelenski qeyd edib.
Zelenski Putinin dünya ölkələrinin sülhə çağırışına məhəl qoymadan bu addımların hər ikisini atdığını, bu müharibəni tamamilə səbəbsiz yerə uzatdığını deyib.
Onun sözlərinə görə bu gün Ukraynaya qarşı ballistik raketdən istifadə etməsi Rusiyanın qəti şəkildə sülh istəmədiyinin bir daha sübutudur.
“Putin təkcə müharibə etmir. O müharibəni bilə-bilə uzadır. O, hər dəfə dünyada sülhün bərpa olunmasını həqiqətən istəyənlərin üzünə tüpürür”, – deyə Zelenski vurğulayıb./APA

Oxşar Xəbərlər:
Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir
Rusiya Şimali Koreyanı da Ukrayna savaşına çəkir:Qərbi isə nüvə faktoru ilə bloklayır
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT