31 oktyabr 2024
28
Tağı Əhmədovun hakim oğlu haqda xüsusi qərar çıxarıldı
Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, buna səbəb R.Əhmədovun bir neçə yaşayış binasının sakinlərinin məcburi köçürülməsi ilə bağlı qərar çıxarması olub.
Yuxarı instansiya məhkəməsinin hakimləri Rauf Əhmədov haqda tədbir görülməsindən ötrü Məhkəmə-Hüquq Şurasına məktub göndərib.
Məsələ ondan ibarətdir ki, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində tikinti ilə məşğul olan “Kursus-Nizami” şirkəti ilə yerli sakinlər arasında xeyli müddətdir mübahisə gedir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edub ki, ərazidəki binalara giriş qadağan olunsun, evlər boşaldıladaq binalar sökülsün. Hakim Rauf Əhmədov da şirkətin ərizəsini təmin edib.Qərarda yazılır ki, evlər qəzalı vəziyyətdədir, sökülməsi qanunauyğundur. Amma maraqlıdır ki, Nizami Rayon Məhkəməsinin başqa hakimləri yekun qərar verilənədək şirkətə binaları sökməyi qadağan edib.
Bakı Apellyasiya Məhkəməsi sakinlər tərəfindən Rauf Əhmədovun qərarı ilə bağlı verilmiş şikayəti əsaslı hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, Rauf Əhmədovun qərarı vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub. Hakim maliyyə cəhətdən güclü mövqedə olan “Kursus-Nizami” MTK-nın maraqlarını müdafiə edib.
Qeyd edək ki, hakim Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, bu ay vəfat edən Tağı Əhmədovun oğludur.