31 oktyabr 2024
114

İsrail yenə Livanı atəşə tutub

İsrail ordusu Livanın şərqindəki əraziləri atəşə tutub
İsrail hərbçiləri cümə axşamı Livanın şərqindəki ərazilərə hava hücumlarını davam etdirib.


Yenimeydan.info xəbər verir ki . Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə İsrail ordusu Livanın şərqindəki Bekaa vadisindəki tarixi Baalbek bölgəsində iki şəhərə yeni hücumlar həyata keçirib və nəticədə 8-i qadın olmaqla azı 19 nəfər həlak olub.
Bundan əvvəl İsrail ordusu Hərbi Hava Qüvvələrinin Baalbek və Nəbatiyyə bölgələrində “Hizbullah” hərəkatının qərargahına hücum etdiyini açıqlamışdı.