29 oktyabr 2024
91
Müdafiə Nazirliyi hərbi vəzifəlilərlə bağlı məlumaat yaydı – VİDEO
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.
Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış çalışmaları icra ediblər.
Qeyd edilib ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində həyata keçirilir.
Oxşar Xəbərlər:

Yeni HƏBS DALĞASI – Qanun sərtləşdirilsə də…
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ

Azərbaycan Ordusu məşq keçir, ponton-körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir