19 oktyabr 2024
16

İran bu ölkələrlə hərbi təlimə başladı

 Şənbə günü Hind okeanında İran, Rusiya və Omanın hərbi-dəniz təlimləri başlayıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı İranın Press TV kanalı yayıb.
Bildirilib ki, "IMEX 2024" adlı hərbi təlimlərin məqsədi bölgədə kollektiv təhlükəsizliyi gücləndirmək, çoxtərəfli əməkdaşlığı genişləndirmək, sülh və dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək imkanlarını artırmaqdır.
Təlimlər Yaxın Şərqdəki gərginlik fonunda keçirilir.