16 oktyabr 2024
42
Metropoliten əhaliyə “yeraltı işgəncə” verir – hüquq müdafiəçisi çağırış etdi
“Günün pik saatlarında metro qatarının 8 dəqiqə intervalla gəlməsi sərnişinlərə işgəncə verməkdir. Metropoliten rəhbərliyi təcili tədbirlər planı hazırlamalıdır”. Bu sözləri Tribunainfo.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev deyib.
Hüquq müdafiəçisi paytaxt metrosunda yaşanan sıxlığın səbəbini intervalın çox olmasında görür: “Vətəndaşların işə getmə və işdən çıxma saatlarında qatarların gəlişi 2 dəqiqə ilə olmalıdır. Bu halda, nə basabas olar, nə sərnişinlər əziyyət çəkər. İndi hansı dövrdür ki, əhali belə problemlərə görə şikayət eləsin? Dünyada süni intellektlə yeni ixtiralar olur, biz metroda sıxlıqdan danışırıq. Ona görə də yeraltı nəqliyyatda yaranmış vəziyyətlə əlaqədar addımlar atılmalıdır”.
F. Əliyev hesab edir ki, bütün vaqonlar yenilənməlidir, amma hələ də köhnə vaqonlar var. Onun fikrincə, Tağı Əhmədovdan sonra metronun işində dəyişikliklər olsa da, əsas problem qalmaqdadır: “Bu da sıxlıq olması, insanların işə gedəndə və qayıdanda hər dəfə 4-5 qatar ötürəndən sonra güclə minə bilməsi, hamının bir-birini itələməsi, vaqonlarda basabasla müşayiət olunur. Buna görə ürəyi sıxılanlar, halı pisləşənlər var. Bu vəziyyətə son qoyulmalıdır”.
Roman

Oxşar Xəbərlər:
Xətai rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirildi – FOTOLAR
AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY
“Asılılıq narkotik kimidir”: seriallar psixikaya təhlükə yaradır
Nyu-Yorkda azana qoyulan qadağa aradan qaldırılıb-FOTO
SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)