14 oktyabr 2024
35

Mərkəzi Bank maşınlarını satır

     İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Mərkəzi Bankının balansındakı 15 nəqliyyat vasitəsini açıq hərraca çıxarmağa hazırlaşır.
Yenimeydan.info  xəbər verir ki , hərrac noyabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Söhbət "Mersedez Benz S500", "Mersedes Benz C180", "Audi A8", "Honda Accord", "Toyota Avalon", "Hunday Qrandeur", "Hunday Equus" və "Mitsubişi Qalant" markalı minik avtomobillərindən gedir.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri noyabrın 23-nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.