29 sentyabr 2024
162

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşdü

      Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.Hadisə Əsəd Əhmədov küçəsində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.
O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
APA