17 iyul 2024
79

Tənzilə Rüstəmxanlı bu dairədən namizəd oldu -AÇIQLAMA

bitmap-img6

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə bu günə qədər 61 namizəd irəli sürən Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Seçki Qərargahı daha 4 seçki dairəsinə namizəd təqdim edib və bununla da partiyanın 65 seçki dairəsi üzrə namizədləri bəlli olub. 

VHP Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili, VHP Ali Məclisini üzvü Rafael Hüseynov, 70 saylı Neftçala seçki dairəsindən VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən millət vəkili, VHP sədrinin müavini Fəzail İbrahimli və 75 saylı Yardımlı-Masallı seçki dairəsindən VHP sədrinin müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin sənədləri müvafiq seçki dairələrinə təqdim edilib.

Xatırladaq ki, 70 saylı dairədən ötən seçkilərdə VHP sədri Sabir Rüstəmxanlı deputat seçilmişdi. Bu dəfə S.Rüstəmxalı seçkidə iştirak etmir. VHP həmin dairədən başqa bir Rüstəmxanlının - Tənzilə xanımın namizədliyini irəli sürür.