13 mart 2024
28

“Xaliq Faiqoğlu”nun yersiz REKLAM COŞQUSU

 



“Paralel dünyalardan gələn sərnişinləri “daşıyan “Xaliq Faiqoğlu” şirkətinin 18 nömrəli avtobusları… İzah edim niyəsini… alimlər müxtəlif irəli ağıllı cihazlar vasitəsi ilə insanların görməsinin “324 megapiksel maksimum” keyfiyyətdə olduğunu kəşf ediblər…” Dia-az.info qeyd edir ki, bunu öz etirazında icimai fəal Azər Səfərbəyov bildirib.
Narazı vətəndaş daha sonra deyir: “Bəli, biz bu bucaq altında bu cürə görə bilirik, ancaq “Dünya dışı varlıqlar” deyilənə görə divarın belə arxasını görə bilir! Onlar üçün bu avtobus hər şeyin yaxşısı demək olar… ancaq unutmayaq… Biz insanıq! Adəm övladı…

Baxın, hörmətli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi!
Avtobuslarda reklam yaxşıdır.. estetik gözəllik verir! Day, bu qədər də gözəllik ağıla ziyandır!
Avtobusun içindən çöl görünmür! Nəticədə nə olur bilirsiz? Günü 15 manata işləyən “Robinzon dayı” ətrafı görə bilmir və harda düşəcəyini təxmin edərək düşür… baxır ki azı 1 “astanovka” tez düşüb… Məcbur əlavə pul ödəməmək üçün o yolu yorğun-yorğun piyada geri qayıdır! Və yaxud “Hillari xala” evdə əri ilə bərk dalaşıb, yola getmir… bu üzdən işdə sakitləşir… Minir avtobusa fikirli halda… yolda ən azından ətrafa baxıb sakitləşməlidir… ancaq görmə məhdud olduğundan “Hillari xala”nın içindəki aqressiya daha da güclənir. Çaşıb 18 yaşlı BDU tələbəsi olan “Luiza” ona toxunsa, başlayacaq qırğın salmağa səbəbsiz yerə!
Nə deməyimi anladınız… Sərt tənqid sevmirəm, lakin ictimai qınaq yaxşı şeydir, dinləyib oxuduğunuz üçün təşəkkür edirəm!