15 yanvar 2024
233
Putin Şimali Koreyaya səfər edəcək
Yenimeydan.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.“Vladimir Putin Pxenyana rəsmi səfərə dəvət edilib və ümid edirik ki, bu səfər baş tutacaq və Rusiya Prezidenti yaxın gələcəkdə Şimali Koreyaya səfər edəcək”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallarla razılaşdırılacaq.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi hazırda Moskvada rəsmi səfərdədir. Onun Rusiyaya səfəri yanvarın 17-nə qədər davam edəcək.
Oxşar Xəbərlər:

Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək
Lavrovun xüsusi nümayəndəsi Bakıya hansı təkliflə gəlir? - AKTUAL

ŞİMALİ KOREYA ABŞ-A XƏBƏRDARLIQ ETDİ – “NÜVƏ SİLAHI İLƏ ÖHDƏSİNDƏN GƏLƏRİK”
“NATO-nun bütün hərbi infrastrukturu Rusiyaya qarşı işləyir”
