04 dekabr 2023
354

İki hərbçi faciəvi şəkildə öldü


iki-herbci-facievi-sekilde-oldu

Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Yenimeydan.info xəbər verir ki, Salyan şəhəti N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.