06 noyabr 2023
1 953
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!
Başqa adı əqli gerilik olan debillik xəstəliyinə məruz qalmış şəxslərə məsuliyyət tələb edən işləri həvalə etmək olmaz. Ələlxüsus da insanların sağlamlığını debillərə etibar etmək olmaz.
Yetərincə reklam olunan kosmetoloq doktor Tural (Həbibov Şümal Zərbəli oğlu) əsgərliyə çağırıldığı 2010-cu ildə tibbi komissiyadan keçmiş və debillik xəstəliyi səbəbindən hərbi xidmətə məhdud yararlı hesab edilmişdir.
Beləliklə, hərbi xidmətdən (həm də sonrakı müharibə və hərbi toqquşmalardan) yayınmağı bacaran debil Şümal Həbibovun debilliyi (2009-cu ildən RƏXD-nin qeydiyyatındadır, Diaqnozu: Debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin ruhi-əsəb xəstəlikləri dispanserinin 30.01.2010-cu il tarixli arayışı ilə də təsdiq olunur. Bu kateqoriyaya aid olan şəxslər hər 3 ildə bir dəfə təkrar müayinə olunaraq yenidən şəhadətləndirilməlidirlər. 1991-ci il təvəllüdlü Şümal Həbibov sonrakı dövrdə necə olubsa, sənədlərini Sabunçu rayon hərbi komissarlığından “yoxa çıxarıb” və onu itirib-axtaran olmayıb.
Hətta orta məktəbi bitirdiyi barədə attestat ala bilmədiyi deyilən Şümal Həbibov sonradan necə olubsa, 2014-cü ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini cərrahlıq ixtisası üzrə bitirib (Diplom: B№ 226047, qeydiyyat nömrəsi: 2/084). Daha sonra bir neçə qeyri-mötəbər tədris mərkəzlərində kurslardan keçdiyi barədə sertifikatlar alıb. Hazırda paytaxtın Nəsimi rayonundakı özəl “Qaragözova” klinikasında estetik kosmetologiya (dodaq dollğunluğu, çənə ovalının sərtləşdirilməsi, omba doldurma, sinə böyütmə və s.) ilə məşğuldur.
Xəstəliyi ilə məşğuliyyəti aşkar ziddiyyət təşkil edən Həbibovun öz adını dəyişdirməsinin səbəbini bəlkə də “Şümal” sözündən xoşu gəlməməsi ilə əlaqələndirmək olar. Amma kim zəmanət verə bilər ki, o, bu yolla həm də öz debil keçmişini “ört-basdır” etməyə çalışmayıb?
“Qaragözova” Klinikasının baş həkimi Gülya xanıma müraciət edib məsələyə münasibətini soruşduq. O isə sualımıza sualla cavab verdi: “Niyə özündən soruşmursunuz? Bura Azərbaycandır, hər şey ola bilər”.
Biz yenidən bu suallarla bağlı Şümala zəng edib onun da mövqeyini öyrənmək istədik. Bildirdi ki, «sizə zəng edəcəklər» . Sonradan dəfələrlə etdiyimiz zəngə isə o, cavab vermədi.
Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus klinikada aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən 19 nəfər işçi, lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş aşkarlayıb. Böyük ehtimalla Tural (Şümal Həbibov) da Səhiyyə Nazirliyinin sertifikasiyasından keçməyən həmin 19 nəfərdən biridir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb və Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda klinika 6 min manat məbləğində cərimə olunub.
Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.
Deryaz.az
Oxşar Xəbərlər:
Masallı səhiyyəsi `GÜL VURUR`: Lal-kar olan adama `SAĞLAMDIR` arayışı verildi
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
“Doktor.az” klinikasında tələbə qızı komaya saldılar – Təcili Türkiyəyə aparıldı… – VİDEO
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT