03 noyabr 2023
1 566

2 milyon manat borcu yarandı, ölkədən çıxışına qadağa qoyuldu

    
 “Green Line Lojıstık” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 milyon manatdan artıq vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ülvi Bünyadzadə, Ev 17, M. 993 saylı ərazi olsa da, MMC Qubada yerləşən İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Şirkətin sözügedən idarəyə 2 334 223.91 manat vergi borcu yaranıb.

Cəmiyyətin qanuni təmsilçi Mehdiyev Azad Malik oğlunun ölkədən çıxışına “stop” qoyulub. Şirkət bundan əvvəl Azad Mehdiyevin qardaşı Azər Mehdiyevin adında olub.



Azad Mehdiyev də öz növbəsində 3 saylı Ərazi Vergilər İdarəsini məhkəməyə verib. İşə Sumqayıt İnzibati Məhkəməsində hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılacaq.