01 noyabr 2023
354

Sovet təhsili Qərb təhsilindən güclü idi - Nazir

 

Ömürboyu təhsil mexanizminə hazır olmalıyıq.

Yenimeydaan.info   xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
“Hər dövlətin qarşısında duran əsas hədəf əhalinin məşğulluğudur. Elə bir sistem formalaşdırmalıyıq ki, cəmiyyətin tələbinə uyğun sürətli kadr hazırlama potensialına sahib olaq. Yüksək texnologiyalar sahəsində, təbii ki, hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər",- deyə o bildirib.
Nazir bildirib ki, bu gün dünya alternativ və günəş enerjisindən danışır:
“Əvvəlki dövrdə isə bu sahəyə bugünkü qədər kadr lazım deyildi. Yəni hər dövrün öz tələbi var. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqların tətbiqinin imkanları mütləqdir. Etiraf edək ki, sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi. Lakin tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi”.
S.Babayev vurğulayıb ki, təhsil sahəsində konsepsiyaların tətbiqi önəmlidir:
"Peşə və ixtisaslar daim inkişaf etməlidir. Əhalinin məşğulluğu da əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir”.