09 oktyabr 2023
311
“Qarabağ”ın futbolçusu niyə polis bölməsinə çağırılıb? – DİN-dən açıqlama
Bəzi saytlarda “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin polis tərəfindən saxlanılması haqda məlumat yayılıb.DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzxeberSport-a bildirib ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.
Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.
Oxşar Xəbərlər:
Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama vermir - İTTİHAM VAR!
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Naftalanda dələduzluq edən “falçı” saxlanılıb