15 sentyabr 2023
204

Bu gün Azərbaycanda Bilik Günüdür

bu-gun-azerbaycanda-bilik-gunudur

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Yenimeydan.info xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq