24 avqust 2023
154

Arda Gülər “Real”da ilk oyununa bu tarixdə çıxacaq

 
  Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülərin debüt edəcəyi tarix müəyyənləşib.

Yenimeydan.info xəbər verir ki, hazırda zədəsi olan 18 yaşlı oyunçunun 1 aya tam sağalacağı bildirilir. O, sentyabrın 27-də “Las Palmas”la görüşdə meydana çıxacaq.

Qeyd edək ki, “Real” iyul ayının 7-də Arda ilə 6 illik müqavilə imzalayıb. O, iyulun 23-də məşq zamanı zədə alıb.