08 avqust 2023
177
“YELO BANK” 7 AİLƏNİN EVİNƏ QƏNİM KƏSİLİB…
“Yelo Bank” avqust ayı ərzində 7 ailəni evindən çıxarmaqla bağlı məhkəmədə iddia qaldırıb. Yenimeydan.info-nun əldə etdiyi məlumata görə, “Yelo Bank”ın narazı vətəndaşlarla məhkəmə çəkişmələri davam edir. Bankın bu ay ərzində 128 məhkəməsi var. Bu proseslərdən əksəriyyəti vətəndaşlar tərəfindən banka qarşı irəli sürülmüş ittihamlardır.
7 məhkəmə çəkişməsi isə “Yelo Bank” tərəfindən ayrı-ayrı ailələrə qarşı irəli sürülmüş mənzil mübahisəsidir. Bank 7 ayrı ailənin mənzilini əlindən almağa çalışır. Proseslər bankın xeyrinə tamamlansa, 7 ailə evsiz qalacaq.
Bankın evini əlindən almaq istədiyi vətəndaşlar bunlardır: Rəhimov Ruslan, İsmayılov Bəxtiyar, Əsədova Bədircahan,
Əsgərova Leylan və Mürsəlzadə Mürsəl, Hümbətova Elnara, Qurbanov Səhrəddin, Kərimova Nigar.
Hər bir işin mahiyyəti mənzildən çıxarılma olan proeslərə avqust ayı ərzində baxılacaq.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat