27 iyul 2023
184
Putinin həbsinə order verən hakim axtarılır
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.Bildirilib ki, hakim Tomoko Akane Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.
Qurumun məlumat bazasında hakimin konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilməyib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) V. Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb