25 iyul 2023
138
ETSN deyil... əməlli-başlı `KOLXOZ BAZARI`dır... - "Ancaq güya 10 gün əvvəl..."
Yenimeydan.info : - "Cəlilabadın Ağdaş kəndindən Oğrubulaq kəndinə gedən 4 km dən çox yolu "yenidən quran" şirkət qeyri-qanuni olaraq yolu 2 metrdə genişləndirib meşə fondu torpağına girib. Əlavə də yolun kənar hissəsində, meşədə müxtəlif yerlərdə qazıntılar aparıb".Yenimeydan.info bildirir ki, bu barədə `ecofront`dan bildirilib.
Qurumun açıqlamasında daha sonra deyilir: "15 min kub dan artıq torpağın qanunsuz olaraq daşındığı və yüzlərlə qırmızı kitab növü olan ağacın götürülməsi zamanı təbiətə 2 milyon manatdan artıq zərər dəydiyi bildirilir.
Yolun genişləndirilməsi 1 ay əvvəl başlayıb, ancaq güya 10 gün əvvəl Masallı RMTM-nin işçisi bundan xəbər tutub və yerli idarənin direktoruna bildirib - direktor nazirliyə belə deyir...
2 gün əvvəl isə kənd sakinləri məsələni sosial mediada paylaşandn sonra ETSN bundan xəbər tutub... Nazirlikdən tökülüşüb gəliblər idarəyə, araşdırırlar... Bir sözlə biabırçılıq.
Nazirliyin necə bir bazar qurum olduğunun daha bir nümunəsi...."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar Xəbərlər:

Söyüdlüdə fəaliyyəti dayandırılan qızıl şirkəti açıqlama yayıb

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ

155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...