15 iyul 2023
200

“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub

                                                                        Azərsu ASC 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub.
Yenimeydan.info Report-a istinadən xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 3,1 dəfə azdır.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3 % artaraq 8 036,2 milyon manata çatıb.
Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % çox), satışlarının maya dəyəri 134,225 milyon manat (4,3 % çox), inzibati xərcləri 43,175 milyon manat (50,1 % çox), satış və paylanma xərcləri 159,368 milyon manat (8,7 % çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (5,9 % az), digər gəlirləri 2,394 milyon manat (13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (34,2 % az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (11,7 % az), mənfəət vergisi ödəmələri isə 22 min manat (27,2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 298,005 milyon manat olub ki, bu da illik müqayisədə 27,1 % çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 15,6 % artaraq 668,881 milyon manata, balans kapitalı isə 42 % artaraq 629,124 milyon manata çatıb.