13 fevral 2023
215

Ekologiya Nazirliyinin şirkəti 2 ildə 30 milyon manata yaxın - ZƏRƏR EDİB

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin «Azəryaşlandşaft» Açıq Səhmdar Cəmiyyəti (ASC) son 2 ildə 30 milyon manata yaxın zərər edib.
Yenimeydan.info FED.az-a istinadən xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 6 milyon 426 min manat təşkil edib. 2020-ci illə müqayisədə şirkətin əməliyyat gəlirləri 3,3 milyon manat və ya 34% azalıb. Xatırladaq ki, 2020-ci ildə şirkətin gəlirləri 9 milyon 735 min manat olmuşdu.

2021-ci ildə şirkətin xərcləri isə 10 milyon 87 min manat təşki l edib. Bu 2020-ci illə müqayisədə 1 milyon 189 min manat artıqdır.
Nəticədə şirkət 2021-ci ili 3 milyon 661 min manat xalis zərərlə tamamlayıb.

2020-ci ildə isə şirkətin özü gəlirlə işləsə də asılı müəssisələrin zərərinə görə, ili 23 milyon 620 min manati zərərlə bitirib.

2021-ci ildə «Azəryaşlandşaft» Asc-nin aktivləri 3,2 milyon manat və ya 5,3% artaraq 63 milyon 786 min manata yüksəlib.

Bu artım əsasən şirkətin malik olduğu – torpaq, tikinti və avadanlıqların hesabına baş verib – 22,2 milyon manatdan 24,4 milyon manata yüksəlib.
Şirkətin öhdəlikləri yoxdur, yəni kapitalı da 63,8 milyon manat təşkil edib.